EN

Bəhreyn İraqa nota verdi

BAKI, 13 aprel. TELEQRAF

Bəhreyn Xarici İşlər Nazirliyi İraqın müvəqqəti işlər vəkilini çağırıb.

Teleqraf xəbər verir ki, səbəb kimi İraq ərazisindən Bəhreynə və Körfəz Əməkdaşlıq Şurasına daxil olan digər ölkələrə qarşı davam edən PUA hücumları göstərilib.

Bəhreyn rəsmi etiraz notası təqdim edib və İraqdan bu təhlükəli addımlara qarşı dərhal və məsuliyyətli şəkildə cavab verməsini tələb edib.

Nazirlik bəyan edib ki, Bəhreyn öz təhlükəsizliyini və sabitliyini qorumaq üçün lazım olan bütün tədbirləri görmək hüququnu saxlayır.

Chosen
13
2
teleqraf.com

3Sources