Rusiya İranın Buşehr Atom Elektrik Stansiyasından bütün əməkdaşlarını demək olar təxliyə edilib.
APA xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev bildirib.
O qeyd edib ki, bu gün AES-dən 108 işçi təxliyə edilib, 20 nəfər isə avadanlıqlara nəzarəti etmək üçün stansiyada qalacaq.
Lixaçev qeyd edib ki, işçilərin təxliyəsi İran hakimiyyəti ilə koordinasiya olunub.
O əlavə edib ki, Rusiya hazırda bu stansiyada daha iki nüvə reaktoru tikir.