AZ

Rusiya İranda Buşehr AES-dən bütün işçilərini demək olar təxliyə edib

Rusiya İranın Buşehr Atom Elektrik Stansiyasından bütün əməkdaşlarını demək olar təxliyə edilib.

APA xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev bildirib.

O qeyd edib ki, bu gün AES-dən 108 işçi təxliyə edilib, 20 nəfər isə avadanlıqlara nəzarəti etmək üçün stansiyada qalacaq.

Lixaçev qeyd edib ki, işçilərin təxliyəsi İran hakimiyyəti ilə koordinasiya olunub.

O əlavə edib ki, Rusiya hazırda bu stansiyada daha iki nüvə reaktoru tikir.

Seçilən
2
4
apa.az

5Mənbələr