EN

Sabah bəzi yerlərdə yağış və qar yağacaq, yağıntılar axşama doğru tədricən kəsiləcək

Azərbaycanda aprelin 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 8-10, gündüz 14-17 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı proqnozlaşdırılır. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı bildirilir.

Oxuməni.az

Chosen
35
50
oxumeni.az

10Sources