AZ

Sabah bəzi yerlərdə yağış və qar yağacaq, yağıntılar axşama doğru tədricən kəsiləcək

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanda aprelin 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 8-10, gündüz 14-17 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı proqnozlaşdırılır. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı bildirilir.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta, gündüz 6-11, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı bildirilir.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz havanın bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 0-2 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlardan başlayaraq yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 12-17, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
azertag.az

10Mənbələr