EN

Trampdan İranın sürətli qayıqlarına hədə: blokadaya yaxınlaşsalar, dərhal məhv ediləcəklər

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında elan olunan blokadadan sonra İranla bağlı növbəti sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp bildirib: əgər İranın hər hansı gəmisi ABŞ-nin tətbiq etdiyi blokadaya yaxınlaşsa, həmin vasitə dərhal məhv olunacaq.

Onun sözlərinə görə, İran donanması demək olar ki, tamamilə sıradan çıxarılıb və dənizin dibinə göndərilib. Tramp bildirib ki, 158 İran gəmisinin məhv edildiyini, yalnız az sayda “sürətli hücum qayığı”nın hədəfə alınmadığını vurğulayıb. ABŞ prezidenti bunu həmin vasitələrin ciddi təhlükə sayılmaması ilə izah edib.

Tramp əlavə edib ki, bundan sonra bu tip qayıqlar blokadaya yaxınlaşarsa, onlara qarşı dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə olunan üsulla zərbə endiriləcək. O, bu sistemi “sürətli və amansız” adlandırıb.

ABŞ lideri həmçinin qeyd edib ki, okean və dəniz yolu ilə ABŞ-yə daşınan narkotiklərin 98,2 faizi saxlanılır.

Musavat.com

Chosen
27
musavat.com

1Sources