EN

Tesla bu funksiyanı söndürdü

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tesla şirkəti elektromobilə müdaxilə edən sürücülər üçün FSD (Full Self-Driving - tam avtonom idarəetmə) funksiyasını söndürüb.Avtosfer.az xəbər verir ki, artrıq Avropa, Çin, Koreya və digər ölkələrdə bu funksiya aktiv deyil.

Funksiyanın rəsmi təqdim edilmədiyi regionlarda sürücülər proqram təminatına müdaxilə edərək, belə demək mümkünsə maşını aldadırdılar.

Avtomobil isə belə “başa düşürdü” ki, FSD funksiyasına icazə verilən zonadadır. Beləliklə, sürücü kənarda əyləşir, maşın isə özü gedirdi (bir haşiyə çıxım ki, Azərbaycanda da qadağan olunmasına baxmayaraq, belə hoqqa verənlər tapılır).

Artıq sözügedən modellərdə yalnız standart avtopilot rejimi saxlanılıb. 

Belə müdaxilələr bir çox ölkədə qadağandır. Məsələn, Cənubi Koreyada sözügedən müdaxilə cinayət predmetidir. Bu halda sürücünü 13 min dolar cərimə və 2 ilədək həbs gözləyir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
avtosfer.az

1Sources