Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəƏlət-Astara avtomobil yolunun 54-cü kilometrliyində yol-nəqliyyatqəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılıvəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri hadisəyerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, bir neçəavtomobilin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi vəvətəndaşların deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılıvəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1980-ciil təvəllüdlü V.Bədəlova və 1959-cu il təvəllüdlü F.İsmayılovuxilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.