AZ

Ələt-Astara yolunda qəza: FHN sıxılı vəziyyətdə qalan şəxsləri belə xilas etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt-Astara avtomobil yolunun 54-cü kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a daxil olan məlumatda qeyd olunur ki, qurumun Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, bir neçə avtomobilin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1980-ci il təvəllüdlü V.Bədəlova və 1959-cu il təvəllüdlü F.İsmayılovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Seçilən
0
14
publika.az

10Mənbələr