EN

Tramp Roma Papasından üzr istəməyəcəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leodan üzr istəməyəcəyini açıqlayıb. Metbuat.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Roma Papasının yanlış şeylər danışdığını irəli sürüb. Trampın sözlərinə görə, İran nüvə silahını əldə etsəydi Roma Papası özü də bundan məmnun olmazdı. Trampın sözlərinə görə, Roma Papası onun İranla bağlı həyata keçirdiyi tədbirlərə qarşı olub.

ABŞ Prezidenti sosial mediada paylaşdığı mübahisəli fotonun silinməsi ilə bağlı da danışıb. Trampın sözlərinə görə, o həmin fotoda özünü İsa Məsihə bənzətməyib.

Chosen
7
metbuat.az

1Sources