EN

Azərbaycan millisi Qazaxıstana məğlub oldu

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.

Fanat.Az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşıb.

Aktaudakı "BS Arena"da baş tutan görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də "BS Arena"da reallaşacaq.

Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.

Chosen
5
fanat.az

1Sources