EN

Gürcüstana getmək istəyənlərə xoş xəbər

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gürcüstanda əcnəbilər üçün müvəqqəti iş qaydalarının sadələşdirilməsi nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Georgia24” məlumat yayıb.

Qeyd olunub ki, parlament qısamüddətli layihələrdə və ya müxtəlif tədbirlərdə iştirak edən xarici vətəndaşların yaşayış icazəsi və ya xüsusi iş icazəsi olmadan fəaliyyət göstərməsinə imkan verən qanunvericilik dəyişikliklərini nəzərdən keçirir.

Yeni yanaşmaya əsasən, hökumət hansı fəaliyyət sahələrinin və müddətlərin bu qaydaya aid olacağını ayrıca müəyyən edəcək.

Məlumata görə, bu çərçivədə çalışan xarici mütəxəssislər rəsmi olaraq əmək miqrantı statusu daşımayacaqlar.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
1
globalinfo.az

2Sources