Bakı. Trend:
"Barselona"nın baş məşqçisi Hansi Flik "Atletiko"nun stadionu –"Metropolitano Stadium"da meydanın vəziyyətindən narazı qalıb.
Trend xəbər verir ki,Çempionlar Liqasının 1/4 final cavab oyunu öncəsi keçirilən məşqdənəvvəl o, UEFA nümayəndələrinə yaxınlaşaraq ot örtüyünün vəziyyətiilə bağlı şikayət edib və konkret bir sahəni göstərib.
Qeyd edək ki, komandalar arasında ilk oyunda Madrid klubu 2:0hesabı ilə qalib gəlib və cavab qarşılaşması böyük əhəmiyyətdaşıyır.