EN

Gilgilçay üzərindəki körpüdə təhlükəli vəziyyət – VİDEO

Siyəzəndə Gilgilçay üzərindəki körpüdə təhlükəli vəziyyət yaranıb.

NOCOMMENT.az xəbər verir ki, magistral yolun üzərindəki körpüdə təhlükəli vəziyyət yaranıb. Körpünün beton hissələrinin birləşdiyi yerdəki armaturlar təhlükə saçır.

İti uclu metal hissələr yüksək sürətlə hərəkət edən maşınların təkərlərini partlada bilər.

Bu təhlükəni görən vətəndaşlar “Xəzər Xəbər”in qaynar xəttinə müraciət ediblər.

Sürücülər bildirirlər ki, bu problem uzun müddətdir davam edir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Agentlikdən “Xəzər Xəbər”ə bildirildi ki, mövcud problem tez bir zamanda aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
9
2
nocomment.az

3Sources