EN

Sumqayıtdan Londona: Röya Qasımova dünya ikincisini fəth etdi!

Azərbaycanlı gənclərin beynəlxalq təhsil arenasında uğurları davam edir. Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan Röya Qasımova dünya reytinqində 2-ci pillədə qərarlaşan London İmperial Kollecinin (Imperial College London) magistratura pilləsinə qəbul olub.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olan Röya Qasımova intellektual göstəriciləri ilə hər zaman fərqlənib. O, qəbul imtahanlarında 683.2 bal toplayaraq ölkə ikincisi olmuş və Prezident təqaüdünə layiq görülmüşdür.

Xatırladaq ki, London İmperial Kolleci hazırda qlobal reytinqdə Oksford və Kembric kimi universitetlərlə rəqabət apararaq dünyanın ən nüfuzlu 2-ci ali məktəbi sayılır. Sumqayıtlı gəncin bu uğuru Azərbaycan təhsilinin növbəti qələbəsidir.

Sara,
NOCOMMENT.az

Chosen
44
nocomment.az

1Sources