ain.az bildirir, Idman.biz portalına istinadən.
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
İdman.Biz-in məlumatına görə, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Andorra yığması ilə qarşılaşacaq.
Oyun “Andorra la Vella” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, millimiz bundan əvvəl Macarıstana minimal hesabla (0:1) uduzub, daha sonra isə Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
Qeyd edək ki, Azərbaycan millisi hazırda C Liqasının üçüncü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.