EN

Yoluxucu xəstəlik kimi yayılmaqda davam edir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Müasir dövrdə sosial şəbəkələrin təsiri, trend anlayışı və cəmiyyətin gözləntiləri insanların davranış və görünüşünə ciddi təsir göstərir. Bu da zamanla fərqlilikdən çox oxşarlığın ön plana çıxmasına səbəb olur. Maraqlıdır, insanlar niyə hamısı bir-birinə bənzəmək istəyir?Bu barədə psixoloq Gövhər Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, insanlarda bəyənilməmək, təcrid olunmaq, geri qalmaq kimi qorxular müşahidə olunursa, bunun kökündə özgüvən əksikliyi başda olmaqla bir sıra travmalar da yata bilər:“Hər zaman qeyd etdiyim kimi problemlərin əksəriyyəti uşaqlıq, yeniyetməlik dövründə yaşanılan hadisələrlə əlaqəli olur. Bunun üçün də erkən yaşlardan uşaqlarla bağlı hər bir məsələdə diqqətli və bilincli olmaq lazımdır. Çünki yaş dövlərində alınan travmalar bir-birini zəncirvari şəkildə davam etdirir və artıq müəyyən yaşdan sonra idarə edilməz hala gəlir. Bugünkü gündə yetişkin insanlarda rastladığımız sosial media xəstəliyi, əfsuslar olsun ki, artıq daha aşağı yaş qruplarına da tənəzzül etməkdədir. Yoluxucu xəstəlik kimi yayılmaqda davam edir”. O deyib ki, unsanlar müəyyən bir qruplaşma halı yaradıblar:“Sanki o qruplaşmaya daxil olmaq üçün qaydalara riayət edilməlidir, edilməsə kənarlaşdırılacaq. Qarşı tərəfdə isə artıq bununla bağlı qorxular yaranır, sosial mediada gördüyü hər trend adı altında şüuraltına kodlaşdırılan tələnin qurbanı olur. Bu zaman heç bir halda özünü bəyənə bilmir, heç nədən razı qala bilmir. Yaxşı olar ki, öncə ekran asılılığı ilə mübarizə aparmağa başlasınlar və problemlərinin kökünə enməyə cəhd etsinlər, günlük, anlıq "xoşbəxtliklər" heç nəyi həll etmir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
demokrat.az

1Sources