EN

Neftçi TV nin lisenziyası ləğv edildi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2026-ci ilin ilk 3 ayı ərzində 3 MMC-yə lisenziya verilib, 3 MMC-yə verilmiş lisenziya isə ləğv edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Teleqraf-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində "Azercell Telekom" MMC-yə ("Kinon” xidmət adı ilə) universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları verilib, "Neftçi Media" MMC-yə verilmiş peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası ləğv edilib.

"Fevral ayı ərzində "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi (“Kinobox” xidmət adı), "Mahnı" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya kanalının adı: "Mahnı TV") lisenziyaları verilib. Mart ayı ərzində isə, "Rahat Telecom" MMC-yə və "SN Telecom" MMC-yə verilmiş universal platforma operatoru lisenziyaları ləğv edilib", - məlumatda qeyd olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
15
cebheinfo.az

10Sources