19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Çexiya ilə üz-üzə gələcək.
Xorvatiyanın Luçko şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.
Xatırladaq ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.
Avropa çempionatı (U-19)
B liqası, 6-cı qrup
14 aprel
16:00. Çexiya - Azərbaycan
Hakimlər: Eqlantina Petruşay, Paola Şile (hər ikisi Albaniya), İva Yaniç, Martina Matiyeviç (hər ikisi Xorvatiya).
Luçko. "NK Luçko" stadionu.