EN

Energetika Nazirliyi I rübdə 4 minə yaxın müraciət qəbul edib

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Bu ilin I rübündə Energetika Nazirliyinə və tabeli qurumlara ümumilikdə 3 859 vətəndaş müraciəti daxil olub.Newscenter.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, müraciətlərin 487-si məlumat, 3 372-si isə icra xarakterli olub.Bunlardan 2 937-si müvafiq qaydada icra edilib, 435 müraciət isə icradadır.Bildirilib ki, müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 134 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
9
newscenter.az

10Sources