AZ

2026-cı ilin 1-ci rübü ərzində Energetika Nazirliyinə və tabeli qurumlara 3859 vətəndaş müraciəti daxil olub

Bakı. Trend:

Cari ilin 3 ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlaraümumilikdə 3859 vətəndaş müraciəti daxil olub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Müraciətlərin 487-si məlumat, 3372-si isə icra xarakterli olub.Bunlardan 2937-si müvafiq qaydada icra edilib, 435 müraciət isəicradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma vətexniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti vəverilişində fasilələrin yaranması, elektrik qurğu vəavadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttininmühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc vəcərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji,qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatəedib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumlarınrəhbər vəzifəli şəxsləri tərəfindən 134 vətəndaş qəbul edilib vəqəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyintələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Seçilən
10
9
az.trend.az

10Mənbələr