EN

Livanda bir ailənin üç üzvü həlak olub


İsrailin Livanın Qərbi Bəqaa bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, Qərbi Bəqaa əyalətinin Səhmar şəhərinə sübh saatlarında endirilən hava zərbəsi nəticəsində bir ailənin üç üzvü həlak olub.
Hücum nəticəsində ailədən daha bir nəfər yaralanıb.
Chosen
22
yeniavaz.com

1Sources