EN

Azərbaycana Asiyadan turist axını 14 %-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Asiya ölkələrindən ümumilikdə 69 min 289 turist qəbul edib.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 % azdır.

Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 35,9 % azalaraq 29 760 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 19,9 % artaraq 29 min 542 nəfər, Şimali-Şərqi Asiyadan gələnlərin sayı 22,1 % artaraq 7 min 686 nəfər, Cənub-Şərqi Asiyadan gələnlərin sayı isə 16,3 % azalaraq 2 301 min nəfər olub.

Cənubi Asiya ölkələri arasında ən çox turist Hindistandan olub – 15 min 416 nəfər. Lakin bu istiqamətdə 54,2 % azalma qeydə alınıb. Pakistandan 12 min 399 nəfər (+13,5 %), Şri Lankadan 1 min 032 nəfər (+33,9 %), Banqladeşdən 461 nəfər (-37,3 %), Nepaldan 337 nəfər (+5,3 %), Maldivdən 104 nəfər (3,1 dəfə çox), Əfqanıstandan isə 11 nəfər olub (+10 %) turist gəlib.

Mərkəzi Asiya ölkələri arasında isə ən çox turist Qazaxıstandan olub - 12 min 216 nəfər. Bu istiqamətdə 10,2 % artım qeydə alınıb. Özbəkistandan 9 min 821 nəfər (+66,6 %), Türkmənistandan isə 4 min 488 nəfər (-7,9 %) Qırğızıstandan 1 559 nəfər (+33,7 %), Tacikistandan 1 458 nəfər (-5,8 %) turist gəlib.

Chosen
48
aznews.az

1Sources