EN

Türkiyə-Azərbaycan münasibətləri Orban-Madyar dəyişikliyindən zərər çəkməyəcək - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Macarıstanda keçirilən parlament seçkilərində, əsl demokratik mübarizə və yüksək seçici fəallığı şəraitində müxalifət lideri qalib gəldi. İndi bütün Avropa bu seçkilərdə baş nazir Viktor Orban və Pener Madyar arasındakı mübarizənin nəticəsindən məmnundur".

Bunu Hafta.az-a siyasi şərhçi Qulu Məhərrəmli bildirib.

Ekspert hesab edir ki, demokratiyaya olan ümidlər yenidən dirçəlir. Onun sözlərinə görə, ABŞ, Rusiya və daha bir neçə ölkə lideri Orbana açıq dəstək versələr də, xeyri olmadı. Nəticə göstərdi ki, Macarıstanda güclü seçki institutu var və əhali ona etimad göstərir.

"Orban Azərbaycanla dost idi, yaxşı əlaqələrimiz vardı. O, öz ölkəsini türk kökənli sayır, Türk dövlətləri təşkilatına dəstək verir, Türkiyə ilə dərin əməkdaşlıq edirdi. 16 illik hakimiyyətinin ilk illərində öz ölkəsində də xeyli populyar idi. Amma son illərdə onun Avropa İttifaqı ilə konfliktə girməsi, yanlış miqrant siyasəti, maliyyə uğursuzluqları, Rusiyayönümlü davranışları, Ukrayna əleyhinə addımları xalqda ciddi narazılıq yaratmışdı. Xalq Orbandan bezmişdi".

Q.Məhərrəmli qeyd edib ki, Peter Madyarın hakimiyyətə gəlişi ilə Macarıstanın siyasətində müəyyən korreksiyalar olacaq, amma radikal dəyişikliklər baş verməyəcək. O cümlədən Türkiyə və Azərbaycanla münasibətlər də dəyişiklikdən bir zərər çəkməyəcək.

Chosen
31
hafta.az

1Sources