EN

Şirkətlər “Accessbank”dakı pullarını geri götürüblər


Müştərilər tərəfindən “Accessbank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com
 xəbər verir ki, hüquqi şəxslərin bankdakı depozitlərində kəskin azalma qeydə alınıb.
Belə ki, hüquqi şəxslərin “Accessbank”dakı depozitləri son 3 ayda 20% və ya 48 milyon manat azalaraq bu ilin aprel ayının əvvəlində 191 milyon 151 min manata düşüb.
Məlumat üçün bildirək ki, “AccessBank”ın səhmdarları aşağıdakılardır:
Asiya İnkişaf Bankı – 19,90%
Avropa İnvestisiya Bankı – 17,39%
Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasına – 16,56%
“responsAbility” investisiya şirkəti – 12,28%
FMO Niderlandın inkişaf bankı – 9,41%
Avstriya İnkişaf Bankı – 9,17%
İsveçrə İnvestisiya Fondu – 8,89%
Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu – 2,78%
Green for Growth Fund (GGF)  - 1,77%
Qara Dəniz Ticarət və İnkişaf Bankı  - 0,58%
LFS Advisory GmbH – 0.13%

Elnur Əli
Chosen
16
yeniavaz.com

1Sources