Milli Məclisin Aparat rəhbərinə yeni müavin təyin olunub.
Missiya.Az xəbər verir ki, bu vəzifəyə MM-in İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov gətirilib.
Xatırladaq ki, bu təyinatadək Aparat rəhbərinin müavini Yaşar Əməşov olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Yaşar Əməşova general-mayor ali hərbi rütbəsi verilib və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.