EN

ABŞ İran görüşü Türkiyə və ya Misirdə baş tuta bilər

ain.az, 525.az portalına istinadən məlumat verir.

İran və ABŞ arasında danışıqların növbəti mərhələsi Türkiyədə və ya Misirdə baş tuta bilər.

525.az xəbər verir ki, bu barədə “Bloomberg" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, Türkiyə və Misir rəsmiləri artıq münaqişənin həlli prosesində vasitəçilik ediblər və bu da ölkələrdən birində görüşün keçirilməsi ehtimalını artırır. Diplomatik mənbələr danışıqların gələn həftə baş tuta biləcəyini deyirlər.

"Associated Press"in məlumatına görə, ABŞ və İran münaqişəyə son qoymaq üçün razılığa gəlmək cəhdi ilə danışıqların yeni mərhələsini fəal şəkildə müzakirə edirlər. Pakistanın paytaxtı yenidən görüşün keçiriləcəyi yer kimi nəzərdən keçirilir. Cenevrə də mümkün məkandır.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
525.az

1Sources