EN

Parisdə Hörmüz boğazı üzrə beynəlxalq təhlükəsizlik konfransı keçiriləcək

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Franda Prezidenti Emmanuel Makron və Kir Starmer Parisdə Hörmüz boğazında təhlükəsizlik və naviqasiya azadlığının bərpası ilə bağlı çoxtərəfli müdafiə missiyasının koordinasiyası məqsədilə video konfrans keçirəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Prezidentliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, konfransın əsas məqsədi Hörmüz boğazında artan gərginlik fonunda təhlükəsiz gəmiçiliyin təmin olunması üçün beynəlxalq təşəbbüsə dəstəyin əlaqələndirilməsidir.

Bildirilib ki, görüşdən əvvəl yüksək vəzifəli diplomatların da video formatda ilkin müzakirələr aparması planlaşdırılır.

Avropa ölkələri təşəbbüs çərçivəsində regionda sabitliyin qorunması və dəniz yollarının təhlükəsizliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
redaktor.az

2Sources