Çin Xalq Respublikasının sədri Si Cinpin Yaxın Şərq və Fars körfəzi regionunda sülhün təmin olunması ilə bağlı dörd təklif irəli sürüb.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, bu təklifləri Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd Əl Nəhyanla görüşü zamanı təqdim edib.
Çinin “Sinxua” agentliyinin yaydığı məlumata görə, Si Cinpin regionda sülh şəraitində birgəyaşayış prinsipinə riayət olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, Yaxın Şərq və Fars körfəzi bölgəsində ümumi, inklüziv, əməkdaşlığa əsaslanan və davamlı təhlükəsizlik arxitekturasının yaradılması zəruridir.
Çin lideri həmçinin region ölkələrinin – o cümlədən İran, İraq, Əfqanıstan, Pakistan və Ərəbistan yarımadası dövlətlərinin təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini qeyd edib. O, bütün ölkələrin personalı, obyektləri və qurumlarının təhlükəsizliyinin təmin edilməsinin də önəmli olduğunu bildirib.
Si Cinpin beynəlxalq hüququn aliliyinin qorunmasına çağıraraq vurğulayıb ki, bu, “cangal qanunu”na qayıdışın qarşısını almaq üçün əsas şərtdir. Onun sözlərinə görə, bütün tərəflər region ölkələrinin inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində birgə fəaliyyət göstərməlidir.
NURİYYƏ