AZ

Lavrov: “Yaxın Şərqdəki böhran düyünü asanlıqla açılmayacaq”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Yaxın Şərqdə baş verən hadisələr açıq-aydın bir “böhran düyünü”dür və onu asanlıqla açmaq mümkün olmayacaq, sadəcə zorla “kəsmək” cəhdləri isə ehtimal ki, nəticə verməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Çinə rəsmi səfəri zamanı jurnalistlərə bildirib.

“Yaxın Şərq və Fars Körfəzi bölgəsi, hazırda hər kəsi maraqlandıran ən önəmli hadisələrin baş verdiyi yer, açıq-aydın bir böhran düyünü təşkil edir və onu açmaq çox çətin olacaq. Hazırda bunu sadəcə zorla "kəsməyə" çalışırlar, amma məncə bu, nəticə verməyəcək. Eyni zamanda, Fələstin – həm Qəzza, həm də Qərb Sahili – diqqətdən kənarda qalmamalı və ikinci plana atılmamalıdır. Biz bunu bu gün Çin nümayəndə heyəti ilə çox aydın şəkildə təsdiqlədik”, – deyə Lavrov vurğulayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
50
icma.az

10Mənbələr