TürkiyÉ™dÉ™ 1948-ci ildÉ™n fÉ™aliyyÉ™t göstÉ™rÉ™n “YeÅŸil Kundura”nın davamı hesab olunan HK Kundura maliyyÉ™ böhranından çıxa bilmÉ™yÉ™rÉ™k iflas olub.
Bizim.Media xəbər verir ki, şirkətlə bağlı qərarı İstanbul Anadolu 2-ci Asliye Ticarət Məhkəməsi verib.
Bildirilib ki, HK Kundura 2025-ci ildən İdarə Heyətinin sədri Hüseyn Kızanlıklının ad və soyadının baş hərflərindən formalaşdırılmış yeni adla fəaliyyət göstərməyə başlayıb.
Şirkət artan maliyyə təzyiqləri səbəbindən konkordato (borcu ödəmək üçün möhlət) tələbi ilə məhkəməyə müraciət etsə də, bu proses nəticə verməyib. Məhkəmə əvvəlcə şirkətə 3 aylıq müvəqqəti möhlət verib, daha sonra bu müddəti daha 2 ay uzadıb. Lakin buna baxmayaraq, maliyyə problemləri həll olunmayıb və proses iflasla yekunlaşıb.
Qeyd edÉ™k ki, TürkiyÉ™ üzrÉ™ çoxsaylı françayz maÄŸazaları ilÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™n “YeÅŸil Kundura” daha É™vvÉ™l dÉ™ 2018-ci ildÉ™ konkordato elan etmiÅŸdi.
Şirkət 2023-cü ilin dekabrında bu prosesi başa vuraraq maliyyə durumunu bərpa etdiyini açıqlamışdı.
1948-ci ildə Yeşil qardaşları tərəfindən kiçik bir emalatxanada yaradılan marka illər ərzində Türkiyənin ayaqqabı sektorunun önəmli oyunçularından birinə çevrilmişdi.
HK Kunduranın iflası yerli ayaqqabı sektorunda ciddi rezonans doğurub və iqtisadi çətinliklərin dərinləşdiyini bir daha gündəmə gətirib.
Bizim.Media