EN

Samir Abasov “Neftçi”dən aldığı təzminatdan danışdı: “Kimsə evinin pulunu mənə verməyib”

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov klubdan ayrılarkən aldığı təzminatdan danışıb.

Msport.az xəbər verir ki, o, “CBC Sport”da yayımlanan “90 dəqiqə” verilişində bu məsələnin niyə çox müzakirə olunduğuna müsnasibət bildirib:

““Təzminat məsələsi həddindən artıq çox danışıldı. Bunun səbəbini bilmirəm. Kimsə evinin pulunu mənə verməyib. Öz haqqımı almışam. Niyə belə ajiotaj yarandı, bilmirəm. Məndən əvvəl də məşqçilər olub, dünya futbolunda da bu təcrübə var. Kim zəng edirdisə, sonda soruşurdu ki, təzminat məsələsi necə oldu. Bu mənimlə “Neftçi”nin arasında olan şeydir”.

Chosen
3
1
msport.az

2Sources