EN

Məhkəmə fəaliyyəti sahəsində əməkdaşlığımız genişləndirilir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Ali Məhkəməsində Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) 2-ci Cinayət kollegiyasının sədri Yusuf Kuzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin mətbuat xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Vurğulanıb ki, Azərbaycanın Ali Məhkəməsi ilə Türkiyənin Ali Məhkəməsi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumu əsasında əlaqələr uğurla inkişaf etdirilir. Sənədə uyğun olaraq, hər iki ölkənin hakimlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil olunur, təcrübə mübadiləsi həyata keçirilir.

Görüşdə məhkəmə fəaliyyəti sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, hər iki ölkənin məhkəmə sistemlərində tətbiq olunan mütərəqqi təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yusuf Kuzu ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Səfərin əsas məqsədinin məhkəmə fəaliyyəti sahəsində təcrübə mübadiləsinin aparılması, hər iki ölkənin məhkəmə sistemlərində tətbiq olunan mütərəqqi təcrübələrin öyrənilməsi və əməkdaşlığın daha da genişləndirilməsi olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin məhkəmə təcrübəsi, cinayət mühakimə icraatının müxtəlif aspektləri və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, aprelin 13-19-nu əhatə edən səfər çərçivəsində Türkiyənin Ali Məhkəməsinin nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək.

Chosen
4
9
hafta.az

10Sources