EN

Məşqçi kimi ilk kubokunu qazandı

Cek Uilşir böyük sevinc içindədi. Axı o, məşqçi kimi ilk kubokunu qazanıb!

"Football-plus.az" xəbər verir ki, əsasən “Arsenal”dakı çıxışı ilə tanınan sabiq yarımmüdafiəçinin çalışdırdığı “Luton Taun” İngiltərə EFL kuboku uğrunda finada “Stokport Siti”yə 3:1 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb. Bununla da Uilşir məşqçi karyerasının ilk kubokunu qazanıb. Onun baş məşqçi kimi daimi əsasda işlədiyi ilk klub məhz “Luton Taun”du. 34 yaşlı mütəxəssis bu komandanı ötən ilin oktyabrından çalışdırır. “Luton Taun” səviyyəcə 3-cü divizion sayılan İngiltərənin 1-ci liqasında çıxış edir. Komanda hazırda bu liqada 61 xalla 10-cu yeri tutur.

Uilşirin məşqçi kimi debütünün 2025-ci ildə “Norviç”də reallaşdığını, bu komandaya müvəqqəti başçılıq etdiyini də xatırladaq.

Chosen
12
football-plus.az

1Sources