EN

Fabreqas hazırkı klubunu İtaliya millisindən üstün tutub

Bakı, 14 aprel, AZƏRTAC

İtaliyanın “Komo” komandasının baş məşqçisi Sesk Fabreqas klubdan ayrılmaq istəmir.

AZƏRTAC xəbər verir ki, adı dünya çempionatının final mərhələsinə vəsiqə qazanmayan İtaliya millisi ilə hallanan mütəxəssis bu yığmanın sükanı arxasına keçmək fikrində olmadığını açıqlayıb.

“Gələcəkdə nələrin olacağını bilmək çətindir. Hazırkı məqamda “Komo”dan ayrılmağı təsəvvür belə etmirəm. İtaliya millisində işləmək? Bəlkə bir gün. Amma hazırda klub məşqçisi olaraq həddindən artıq məşğulam. Hər gün meydanda olmalıyam. Bu mərhələdə yığmada çalışmaq mənə sıxıcı gəlir”, - deyə ispan çalışdırıcı qeyd edib.

Sesk Fabreqasın rəhbərliyi altında “Komo” bu mövsüm A Seriyasında 32 turdann sonra 58 xalla 5-ci yerdə qərarlaşıb.

Chosen
15
1
azertag.az

2Sources