EN

Miri Yusif 2006 cı ildə həbs olunub? ÖZÜNDƏN AÇIQLAMA

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Xalq artisti Miri Yusif illər əvvəl baş vermiş hadisə ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.Bizim.Media xəbər verir ki, sənətçi 2006-cı ildə yaşanan hadisəni heç vaxt gizlətmədiyini bildirib.O qeyd edib ki, həmin dövrdə gənc olduğu üçün baş verənləri indi daha fərqli – hətta gülməli xatırlayır.Müğənni açıqlamasında bildirib ki, o zaman həbs olunmayıb, yalnız inzibati cəza ilə üzləşib. Daha sonra isə Azərbaycana qayıdıb və fəaliyyətini davam etdirib.Miri Yusif əlavə edib ki, mövzunun yenidən gündəmə gətirilməsi onda nostalji hisslər oyadıb:“2006-cı ildə belə bir hadisə baş vermişdi. Heç vaxt bunu gizlətməmişəm. İndi xatırlayanda gülməli gəlir, çünki o vaxtlar çox cavan idim. Təbii ki, həbsdə olmamışam, sadəcə inzibati cəza almışdım. Daha sonra isə Azərbaycana qayıtmışam. Hazırda bu mövzunun yenidən gündəmə gətirilməsi məni cavanlıq illərinə qaytardı. Çox sağ olun, bir az nostalji hisslər bəxş etdiniz mənə”.Qeyd edək ki, sənətçi ilə bağlı köhnə hadisələrin yenidən müzakirə olunması sosial şəbəkələrdə də geniş rezonans doğurub. (Musavat.com)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
4
bizim.media

8Sources