EN

“Arzuladığım məhkəmə sistemindən çox uzağıq, amma…” Aslan İsmayılov

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, artıq Məhkəmə-Hüquq Şurasının rəhbərliyi ilə Vəkillər Kollegiyasının üzvləri arasında keçirilən görüşdən xeyli vaxt keçib.

Həmin görüşdə iştirak edən və prinsipial tənqidi fikirlər səsləndirən şəxslərdən biri də vəkil Aslan İsmayılov idi.

Bəs görəsən, sözügedən görüşdən sonra müsbət dəyişikliklər olubmu?

Bu barədə Gununsesi.info –ya Aslan İsmayılovun özü danışıb.

O bildirib ki, on illər boyu formalaşmış böyük bir aparatı qısa müddətdə nə İnam Kərimov, nə də Kamran Əliyev dəyişmək iqtidarında deyil.

“Ancaq müsbətə doğru dəyişikliyi tam səmimi deyim ki, görürəm. Onu da demirəm ki, bu gün mövcud məhkəmə sistemi mən arzuladığım səviyyədədir. Əksinə, arzuladığımdan çox uzaqdır. Həmin iclas iki dəfə keçirilib. Hər ikisinə dəvət edilmişəm və orada hər şeyi çılpaqlığı ilə özlərinin üzünə demişəm. İnam Kərimovla isə həyatda üzbəüz bir dəfə də görüşməmişəm. Ancaq bu şəraiti yaratmağı məndə həm də belə təəssürat yaradır ki, o, müsbət dəyişiklik istəyir”,- deyə hüquqşünas bildirib.

Orxan

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
icma.az

1Sources