EN

Kasemiro: “Ayrıldıqdan sonra kluba azarkeşlik edəcəm”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro klubdan ayrıldıqdan sonra da komandanı izləməyə davam edəcəyini bildirib.

Msport.az xəbər verir ki, yanvarda elan edilmişdi ki, braziliyalı futbolçunun yayda müddəti bitəcək müqaviləsi yenilənməyəcək.

34 yaşlı yarımmüdafiəçi klubdan ayrıldıqdan sonra “qırmızı şeytanlar”ın daha bir azarkeş qazanacağını deyib: “Əlbəttə ki, mən həmişə “Mançester Yunayted”in oyunlarını diqqətdə saxlayacaq və komandanı izləməyə davam edəcəm. Daha əvvəl dediyim kimi, mən ayrıldıqdan sonra “qırmızı şeytanlar” daha bir azarkeş qazanacaq”.

Kazemiro 2022-ci ilin avqustundan bəri “Mançester Yunayted”də çıxış edir. O, bu komandada ümumilikdə 155 oyun keçirib, 24 qol vurub və 14 məhsuldar ötürmə verib.

Chosen
22
msport.az

1Sources