EN

Hacıqabulda növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.Demokrat.az xəbər verir ki, 14 aprel 2026-cı il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov aparatın məsul işçilərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib.Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilib, qaldırdıqları bəzi məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
demokrat.az

1Sources