EN

Bahar Tovuz şəhər stadionuna apreldə gəldi!

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Beləliklə, “Turan Tovuz” uzun müddətdən sonra ev oyununu sözün əsl mənasında “doğma divarlar” arasında, minlərlə azarkeşinin gözü önündə keçirdi. Komanda bu idman qurğusunda sonuncu dəfə 15-ci tur matçını keçirmiş, dekabrın 15-nə təsadüf edən görüşdə “Sabah”a uduzmuşdu. İndi vəziyyət dəyişib. “Bozqurd” 3-cü pillədədi və ən yaxın izləyicisi “Zirə”dən nə az, nə çox - 8 xal öndədi. Odu ki, 5000-ə yaxın tovuzlunun böyük həvəslə tribunada yer alması, ümidlə, sevinclə komandanı qələbəyə səsləməsi sürpriz olmadı. Kurban Berdıyev demişkən, ot örtüyünün vəziyyəti çox yaxşı idi. Kaş həmişə belə qala. Hər halda, klub qazona lazımi qulluğu edəcək ki, bir də xoşagəlməz hallar olmasın.Bəli, Tovuzda bu dəfə də komanda ilə azarkeşin möhtəşəm işbirliyinin şahidi olduq. O başqa məsələ ki, həm oyunda, həm də oyundan sonra bəzi tərəfdarların komandanın zəif oyun sərgilədiyini dediyini eşitdik. Tam haqlıdılar! “Bozqurd” hələ də baxımlı hücumlar qurmaqda çətinlik çəkir, bu yöndə intensivlik yoxdu və ən əsası hesabda öndə olmaq rəqibdən çox kollektivin özünün əleyhinə işləyir. Başqa sözlə, arxayınlıq yaranır ki, daha yüksək keyfiyyətlərə malik rəqiblərin bundan yararlanması heç də çətin olmur. Sözümün canı odu ki, “Sumqayıt” kimi yarımcan komanda əvəzinə daha istəkli rəqib olsaydı, hadisələr tovuzluların arzulamadığı yöndə cərəyan edə bilərdi. Yenə də “qaliblər mühakimə olunmur” prinsipinə sadiq qalıb, məsələni çox qabartmayaraq. Buna vaxt olacaq. İndi nəzərinizə çatdırmaq istədiyim əsas məqamlardan biri də “Sumqayıt”ın əsas fanklubu “Kimyaçılar”ın Tovuza gəlməməsidi. Görünür, “gənclik şəhəri” təmsilçisinin avrokuboklardan əlini üzməsi sadiq azarkeş qrupunu küsdürüb. Bəlkə də futbolçuların oyundan sonra meydanı başıaşağı, boynubükük tərk etmələrinə canlı şahidlik etmək istəməyiblər. Yenə də qonaqlar səfərdə tək deyildi. “Komando” fanklubu 15 nəfərlə tribunada yer almışdı. “Ultras Turan” isə elə həminkidi. Minlərlə tərəfdar dəfələrlə birağızdan komandanı ruhlandıracaq ifadələr səsləndirdi, necə deyərlər, varlığını hiss etdirdi. Hələ Kamranbəy Rəhimovun final fitini səsləndirdikdən sonra yaşananları demirik. Şən mahnılar, qol-qanad açıb oynayan, bir-birini öpən, bağrına basan, təbrik edən tovuzlular və daha nələr, nələr...Tovuzda uşaqdan-böyüyə hər kəs futbolu sevir, “Turan Tovuz”la nəfəs alır. Hə, son və əsas məsələ: Ehtiram Quliyevin kefi kök, damağı çağdı. Onu nə yanlış hakim qərarları ruhdan salıb, nə də AFFA-nın cərimə və sanksiyaları...KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
icma.az

2Sources