EN

DİQQƏT: Taksi qiymətləri bahalaşa bilər SƏBƏB BUDUR KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

“Taksi avtomobilləri üçün icbari sığorta haqlarının artırılması ümumilikdə xərcləri yüksəldən bir addımdır və bu, müəyyən dərəcədə taksi qiymətlərinə də təsir göstərə bilər. Çünki sürücülər və ya taksi şirkətləri əlavə xərci ya öz gəlirindən ödəməli olur, ya da onu xidmət qiymətinə əlavə edir. Amma sığorta artımı o qədər də ciddi təzyiq yaratmır, çünki bu ildə bir dəfə ödənilir”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Qısa müddətdə bəzi sürücülər qazancın azalması ilə üzləşər və bu bazardan çıxma və ya qeyri-rəsmi işləməyə meyli artıra bilər. Rəsmi taksi xidmətlərində isə qiymətlərin tədricən artması ehtimalı var. Çünki rəqabət azalanda və tələb yüksək olan vaxtlarda qiymət bahalaşır.

Uzun müddətdə bu dəyişiklik bazarda keyfiyyətə də təsir göstərəcək. Sığortanın bahalaşması bəzi hallarda daha təhlükəsiz və peşəkar xidmət göstərən şirkətləri bazarda saxlayır, amma eyni zamanda kiçik fərdi sürücülər üçün yükü artırır”.

A.Nəsirli vurğulayır ki, nəticədə ümumi təsir ondan asılı olacaq ki, bazarda rəqabət nə qədər güclüdür və şirkətlər bu xərcləri nə qədər öz üzərlərinə götürə bilirlər. Rəqabət güclü olarsa qiymət artımı məhdud qalar, zəif olduqda isə daha çox hiss olunacaq.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
konkret.az

2Sources