

***
12:37
Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bildirib ki, agentliyin əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində əməkdaş həyatını itirib.
AzVision.az