EN

"İnanırıq ki, bu dəfə hakim nəticəyə təsir etməyəcək"

style='margin-bottom:10px;'>

"Bavariya"nın baş məşqçisi Vinsan Kompani Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Real"a qarşı keçiriləcək cavab qarşılaşmasından öncə mətbuat konfransında maraqlı fikirlər səsləndirib.

QOL.az xəbər verir ki, mütəxəssis matçın taleyinin bir çox xırda detallardan asılı olacağını bildirib:

"Real"la oyunda hər şey bir çox faktordan asılı olacaq. Bu, fərdi ustalıqdan başlayır, həmçinin kollektiv intensivlik və dözümlülük kimi amillər də vacibdir. Bəzən baş hakim də nəticəyə təsir edə bilir. İnanırıq ki, bu dəfə belə olmayacaq (gülür). Demək istədiyim odur ki, hər bir detal mühümdür. Biz həm psixoloji, həm də fiziki cəhətdən tam hazırıq və bu oyunu səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Madriddə keçirilən ilk görüşdə "Bavariya" rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Tərəflər arasında həlledici cavab qarşılaşması sabah Münhendə baş tutacaq.

Chosen
20
1
teleqraf.com

2Sources