Kişi voleybolçular arasında yüksək liqada yarımfinal mərhələsinin ikinci oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, günün ilk matçında “Xilasedici” “Murov Az Terminal”la qarşılaşıb.
Görüş 3:0 hesabı ilə “Xilasedici”nin qələbəsi ilə bitib. İlk qarşılaşmada da qələbə qazanmış “Xilasedici” finala vəsiqə qazanıb.