EN

Rusiya TŞ dən ŞOK: “İrana qarşı quru əməliyyatına hazırlıq gedir” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiya Təhlükəsizlik Şurası İran ətrafındakı hərbi-siyasi vəziyyətlə bağlı növbəti xəbərdarlıq dolu bəyanatla çıxış edib. Şuranın məlumatına görə, bölgədəki mövcud sükunət aldadıcı ola bilər və bəzi tərəflər genişmiqyaslı quru əməliyyatına başlamaq üçün hazırlıq işləri görürlər.

Bildirilib ki, ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs müddəti başa çatdıqdan sonra, danışıqlar uğursuz olarsa, hərbi əməliyyatlar daha böyük intensivliklə bərpa edilə bilər.

KONKRET.az xəbər verir ki, Rusiya tərəfi hazırda tərəflərin atəşkəs rejiminə tam və ciddi şəkildə əməl edəcəyinə dair ciddi şübhələrin olduğunu vurğulayıb. Bəyanatda qeyd olunub ki, gərginliyə baxmayaraq, İran hakimiyyəti ölkə daxilində vəziyyətə tam nəzarət edir, dövlət və hərbi idarəetmə sistemləri stabil şəkildə fəaliyyətini davam etdirir. Eyni zamanda, Təhlükəsizlik Şurası İranın hələ də kifayət qədər böyük həcmdə silah arsenalına malik olduğunu və istənilən genişmiqyaslı müdaxiləyə cavab vermək potensialını qoruduğunu xüsusi qeyd edib. Moskva tərəfləri quru əməliyyatı kimi riskli addımlardan çəkinməyə və diplomatik yolu seçməyə çağırıb.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
konkret.az

2Sources