Vaşinqton, 15 aprel, AZƏRTAC
ABŞ Dövlət Departamenti İsrail və Livan arasında onilliklər ərzində keçirilən ilk yüksəksəviyyəli görüşün məhsuldar olduğunu və prosesin birbaşa danışıqlara başlamaq məqsədilə davam etdiriləcəyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda İsrail və Livanın ABŞ-dəki səfirləri ilə keçirilən iki saatlıq görüşdən sonra bildirib ki, bütün tərəflər qarşılıqlı razılaşdırılmış vaxt və məkanda birbaşa danışıqlara başlamaq barədə razılığa gəliblər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton