EN

İsrail və Livan razılaşdı: Hizbullah tərksilah ediləcək

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-da keçirilən danışıqlarda İsrail və Livan tərəfləri “Hizbullah”ın tam tərksilah olunmalı olduğu mövzusunda razılığa gəlib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “NBC News” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər həmçinin İranın Livanın gələcəyinə təsirinin məhdudlaşdırılması məsələsini də müzakirə edib.

Görüşdə ABŞ tərəfindən Livanda köçkünlərə yardım məqsədilə 58,8 milyon dollar məbləğində humanitar paket təsdiqlənib.

Rəsmi məlumatlara görə, İsrail və “Hizbullah” arasında qarşıdurma nəticəsində 1 milyondan çox livanlı məcburi köçkünə çevrilib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
8
globalinfo.az

10Sources