EN

DMX rəisindən Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Azərbaycanda qalma müddəti bitir

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) Rusiya Federasiyası vətəndaşlarına ölkədə qalma müddəti ilə bağlı mühüm xəbərdarlıq edib. 

"AzPolitika" xəbər verir ki, bu barədə qurumun rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, mövcud qaydalara əsasən, Rusiya vətəndaşlarının Azərbaycanda müvafiq icazə almadan müvəqqəti olma müddəti bir təqvim ili ərzində maksimum 90 gün təşkil edir.

Açıqlamada qeyd olunur ki, 2026-cı ilin yanvar ayının əvvəlindən ölkəyə daxil olan şəxslərin artıq aprel ayından etibarən bu müddəti başa çata bilər. Bu səbəbdən də həmin şəxslərin ölkədə qalma hüququnu itirməməsi üçün vaxtında tədbir görməsi vacib sayılır.

DMX rəisi xüsusilə yetkinlik yaşına çatmayan övladları olan ailələrə müraciət edərək bildirir ki, ölkəyə giriş-çıxış zamanı yarana biləcək problemlərin qarşısını almaq üçün qalma müddəti diqqətlə hesablanmalıdır. O, vətəndaşlara səfər planlaşdırarkən Azərbaycanda olduqları günlərin sayını dəqiqləşdirməyi, həmçinin ölkəni tərk etməzdən əvvəl müvafiq yaşama icazəsi almağı tövsiyə edir.

Xidmət rəisi bildirib ki, ölkədə olma müddətinin hesablanması üçün xüsusi elektron kalkulyator DMX-nin rəsmi internet səhifəsində yerləşdirilib. Əlavə məlumat əldə etmək istəyənlər 919 çağrı mərkəzinə müraciət edə, həmçinin qurumun sosial şəbəkə hesabları və qəbul şöbələri vasitəsilə də məlumat ala bilərlər.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
azpolitika.info

1Sources