EN

“Xruşovka”lara niyə ipoteka krediti verilmir? KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Köhnə yaşayış binalarına ipoteka kreditlərinin verilməsində tətbiq olunan məhdudiyyətlərin əsas səbəbi həmin binaların istismar müddəti ilə bağlıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Məmmədov 2025-ci il üzrə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ipoteka kreditləri verilərkən yalnız borcalanın ödəmə qabiliyyəti deyil, eyni zamanda daşınmaz əmlakın texniki vəziyyəti və istismar müddəti də əsas meyarlardan biri kimi nəzərə alınır.

“Əgər bu, köhnə binadırsa, ipotekanın müddəti ilə binanın istismar müddəti uzlaşdırılır. Məsələn, bina 70 illikdirsə və artıq 60 il istismar olunubsa, bu halda 25–30 illik ipoteka krediti vermək mümkün deyil. Kreditin bitmə müddəti binanın istismar müddətini keçməməlidir”, – deyə Ş.Məmmədov bildirib.

AMB rəsmisi onu da vurğulayıb ki, bu yanaşma həm bankların risklərinin idarə olunması, həm də girov kimi qəbul edilən əmlakın dəyərinin qorunması baxımından vacibdir./metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
2
konkret.az

3Sources