EN

Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar

Çinin Vençjou şəhərində həkimlər 32 yaşlı kişinin onikibarmaq bağırsağından 20 ildir orada olan civə termometrini çıxarıblar.

Hakimiyyet.az xəbər verir ki, xəstə 12 yaşında təsadüfən civəni udub, lakin qorxusundan valideynlərindən və həkimlərindən gizlədib. 

Sonda qarın ağrısı onun həkimə müraciət etməyinə səbəb olub. Müayinə zamanı endoskopistlər ucu bağırsaq divarına basılmış yad cisim aşkar ediblər. Bu, istənilən an daxili qanaxmaya səbəb ola bilərmiş.

Əməliyyat termometri çıxarıblar, cərrahlar proseduru 20 dəqiqəyə başa çatdırıblar. Təəccüblüdür ki, şüşə korpus uzun illər ərzində qırılmayıb.

Elvin

Hakimiyyet.az

Chosen
18
2
hakimiyyet.az

6Sources